Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycana rəsmi səfərə gəlib. Bu haqda 2 fevral tarixində Report məlumat verib.
Bu gün Azərbaycanın və Rumıniyanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında onu Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.