Azərbaycandan Rusiyaya ekstradisiya edilən bloger Tural Məmmədov Dağıstandan Sankt-Peterburqa aparılıb. Bu barədə 22 dekabr tarixində APA məlumat verib.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq”, həmçinin “informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər” maddələri ilə ittiham olunur.
O, noyabrda Azərbaycandan Rusiyaya təhvil verilib.
Ümumilikdə həmin cinayət işləri üzrə 15 təqsirləndirilən şəxs var.