Saatlı rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə 11 iyul tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Nuruşova Rəhilə Sahib qızı xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.