Saatlıda silah-sursat aşkarlanıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 25 aprel tarixində xəbər verir.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Hacıqasımlı kəndi ərazisində bir ədəd nömrəsi silinmiş “AKSU-74” markalı avtomat, bir ədəd qaytarıcı yay və bir ədəd patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.