Saatlıda Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib. Bu haqda noyabrın 4-də Report xəbər yayıb.
Tədbir Saatlı rayon Mədəniyyət Mərkəzində Zəfər Gününün ikinci ildönümü münasibətilə keçirilib.
Tədbirdə rayon rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəhbərliyi, Vətən müharibəsi qaziləri, şəhid valideynləri iştirak ediblər.
Tədbirin sonunda Vətən müharibəsi iştirakçıları medallarla təltif olunub.