Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxsi aşkarlayıblar. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 15 mart tarixində xəbər verir.
Polis əməkdaşları tərəfindən gecə saatlarında Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində aparılan profilaktik-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan rayonun Azadkənd kənd sakini Elvin İbadov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları, eləcə də ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.