Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA 9 may tarixində xəbər verib.
Saatlı rayonunun Musalı kəndində Ağarəhimli kənd sakini, 36 yaşlı Salahov Röyal Mirsalah oğlunun idarə etdiyi motosiklet digər maşınla toqquşub. Qəza nəticəsində motosiklet sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.