Laçın rayonunun Zabux kəndinə köç başlayır. Bu barədə 24 avqust tarixində Report məlumat verib.
Avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək. Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də, məktəbin qarşısında olacaq.
Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci il avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.