Sabah ölkə ərazisində hava, əsasən, yağmursuz keçəcək. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 12 fevral tarixində məlumat verir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 11-16° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8°, gündüz 17-22°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq.