Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 27 oktyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18°, gündüz 21-26° isti olacaq.
Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19°, gündüz 24-29°, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacaq.