Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 30 may tarixində xəbər verir.
Verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 28-33° isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 29-34°, bəzi yerlərdə 36°, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacaq.