Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 13 iyul tarixində xəbər verir.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 31-36°, dağlarda gecə 11-16°, gündüz 16-21° isti olacaq.