Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 2 avqust tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, səhər 15-20 m/s, axşam arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 30-35° isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 33-38°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.