Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 22 avqust tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 34-39°, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacaq.