Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 14 avqust tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 35-40° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27°, gündüz 35-40°, bəzi yerlərdə 41-42°, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacaq.