Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Bu barədə 9 avqust tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28°, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21°, gündüz 29-34° isti olacaq.