Sabah Azərbaycana qış fəsli gəlir. Bu barədə İnsanoid 21 dekabr tarixində xəbər verir.
Qış günəş duruşu dekabrın 22-si saat 07:27-də olacaq.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.