Metronun iş rejimində dəyişikliklər ediləcək, üç stansiyanın iş vaxtı artırılacaq. Bu barədə 2 noyabr tarixində Report "Bakl Metropoliteni" QSC-yə istinadən məlumat verib.
Bu, sabah “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədardır.
Belə ki, “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saat 01:00-a qədər uzadılacaq.