Fevralın 8-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə 7 fevral tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.