Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Bu barədə 22 may tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-18°, gündüz 24-29° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.