Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 11 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-31° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 16-21° isti olacaq.