Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Bu barədə 20 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 32-37°, dağlarda gecə 12-17°, gündüz 17-22° isti olacaq.