Avqustun 12-də havanın temperaturu Bakıda 42, bəzi rayonlarda 44 dərəcəyədək artacaq. Cənub-şərq küləyi əsəcək. Bu barədə 11 avqust tarixində Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 24-28°, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28°, gündüz 35-40°, bəzi yerlərdə 42-44°, dağlarda gecə 16-21°, gündüz 29-34° isti olacaq.