Aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 17 aprel tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 17-22°, bəzi yerlərdə 24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.