Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26°, gündüz 33-37° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25°, gündüz 35-40°, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacaq.