Sabah Bakıda və Abşeron yarımadasında səhər saatlarında gözlənilən yağışın gün ərzində davam edəcəyi bildirilir. Bu barədə 2 may tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.
Qeyd edilib ki, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13°, gündüz 13-17° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12°, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.