Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 27 iyun tarixində xəbər verir.
İyunun 28-də mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 19-23°, gündüz 25-29° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.