Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə 18 avqust tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Əsasən, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.