2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında “Açıq qapı” günü olacaq. Bu barədə 1 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi AZƏRTAC-yə istinadən məlumat verib.
Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və bu ərazilərin qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.
Respublikamızda sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi mövcuddur.