Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 20 dekabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 9-14° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gündüz 10-15° isti, dağlarda 5-10° şaxta, gündüz 2-7° isti olacaq.