Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 15 aprel tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Lakin gündüz yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-19° isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, yağmursuz, lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.