Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 6 noyabr tarixində xəbər verir.
Gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16°, gündüz 18-22° isti olacaq.
Azərbaycanın rayonlarında sabah havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 19-24°, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.