Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 14 dekabr tarixində xəbər verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6°, gündüz 7-10° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.