Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 8 noyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 18-23° isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 22-27°, dağlarda 0-5°, gündüz 8-13° isti olacaq.