Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək artacaq. Bu barədə 21 iyun tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21°, gündüz 24-28° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaq.