Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
Yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.
Dekabrın 13-dən 14-nə keçən gecə Abşeron yarımadasının əsasən şimalında qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.