Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 27 aprel tarixində xəbər verir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15°, gündüz 20-25° isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, yağmursuz, lakin gündüz bəzi qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 24-29°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.