Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 19 may tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 22-27°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.