Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 23 may tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 30-35°, dağlarda gecə 8-13°, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq.