Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 8 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22°, gündüz 25-30° isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 27-32°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.