Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 4 avqust tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 31-36°, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacaq.