Sabah, iyulun 22-də Şuşa şəhərində “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçiriləcək. Bu barədə 21 iyul tarixində Report məlumat verib.
Toplantıda 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, ümumilikdə 250-dən çox qonaq iştirak edəcək. Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.
Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.
Qlobal forum çərçivəsində, eyni zamanda bəzi “side event”lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi planlaşdırılır.
Forum iyulun 23-ü axşama qədər davam edəcək.