Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə 24 avqust tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Havanın temperaturu gecə 20-25°, gündüz 27-32° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacaq.