“Səbail”in daha bir transferi məlum olub. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 22 iyun tarixində xəbər verir.
Bahadur Həziyev heyətə cəlb olunub.
Bakılılar Birinci Diviziona düşən “Şamaxı”nın yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıblar. 24 yaşlı futbolçu 2020/2021 mövsümündə də “Səbail”in formasını geyinib.
“Səbail” yay fasiləsində buna qədər Səlahət Ağayev və Coşqun Diniyevin transferini açıqlayıb.