Səbaildə 252 abidəyə mühafizə lövhəsi vurulacaq. Bu barədə noyabr tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verib.
Artıq paytaxtın Azadlıq prospekti, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələrinin vurulmasına başlanılıb.
Layihə çərçivəsində həm Bakıda, həm də regionlarda yerləşən tarix-mədəniyyət abidələrinə yeni mühafizə lövhələrinin vurulması nəzərdə tutulur.