Milli Məclisin sabiq deputatı və həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə aprelin 13-də Report məlumat yayıb.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə istintaq orqanının təqdimatını əsassız sayıb.
Qeyd edək ki, daha öncə E.Cəbrayılov “dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsilə ittiham edilərək saxlanılmışdı.