Sabirabadda 43 yaşlı qadın dəm qazından boğularaq ölüb. Bu barədə 13 yanvar tarixində Report məlumat verib.
Hadisə şəhərin Heydər Həmidov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.