Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sabirabadın Baş planının detallarını açıqlayıb.
Sabirabad şəhərinin Baş planı 2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulub. Baş planda hesabat müddətinin sonuna kimi şəhər əhalisinin 53 500 nəfərə çatması ehtimal edilir.
Baş plan layihəsində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 9,65 kilometrdən 20,38 kilometrədək çatdırılması nəzərdə tutulub.
Sənəddə iqtisadiyyatın və turizmin inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin həlli yolları da öz əksini tapıb. İstirahət zonasının qurulması, şəhər ətrafında məişət tullantıları üçün müasir poliqonun yaradılması təklif edilir.