Sabirabadda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb. Bu barədə oktyabrın 27-də Daxili İşlər Nazirliyindən bildirilib.
Rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna görə saxlanılıb.
Sürücü Ramin Mehrəliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, onun metamfetamin istifadə etdiyi məlum olub.
Sürücü barəsində protokol tərtib olunub və o, 400 manat məbləğində cərimələnib.