Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Sabirabad polisi Ulacalı kənd sakini Taleh Mikayılovu saxlayıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq, sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı da çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.